Menu
Geri İrəli

Sumqayıtda qanvermə aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2013 • Baxış sayı: 675 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda ARDNŞ də artıq 4 ildir ki, fəal iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan qurumlar da həvəslə qoşulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən 12 nəfərlik xüsusi tibb briqadası “Azərikimya” İB-nə ezam olun­muş­dur. Həftə boyu davam edəcək qanvermə aksiyasının ilk günündə Birliyin ən böyük müəssisəsi olan Etilen-polietilen zavodunun 100-dən artıq əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermişdir. Aksiyanın sonrakı günlərində “Azərikimya” İB-nin baş ofisinin və «Kimyalayihə» İnstitutunun əməkdaşlarının, eləcə də Anbar Təsərrüfatının, Təmir-tikinti, Nəqliyyat və Xüsusi texnika İdarələrinin işçiləri könüllü olaraq qanvermədə iştirak edəcəklər.

01 (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın