Menu
Geri İrəli

Sumqayıtda YAP-ın yeni binası belə olacaq – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2017 • Baxış sayı: 1,357 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatına yeni inzibati bina tikilir. Ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək bina 2 mərtəbədən və mansar hissədən ibarət olacaq. İnzibati binanın birinci mərtəbəsinin sahəsi 950 kvadratmetr olacaq və binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulacaq. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.
İkimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. İnzibati bina müasir avadanlıqla təchiz ediləcək. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşıdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq da fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu ilin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulan növbəti möhtəşəm bina Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin layihəsi əsasında tikilir.
Xatırladaq ki, YAP-ın Sumqayıt şəhər təşkilatının fəaliyyət göstərdiyi hazırki bina qəzalı vəziyyətdədir.

Sumqayıtda YAP-ın yeni binası - FOTOLAR

Sumqayıtda YAP-ın yeni binası - FOTOLAR

Sumqayıtda YAP-ın yeni binası - FOTOLAR

Sumqayıtda YAP-ın yeni binası - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın