Menu
Geri İrəli

Sumqayıtın fəxri – Rafael Ağayev

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2014 • Baxış sayı: 1,378 dəfə • Şərh yoxdur

Ağayev Rəfael Mahir öğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

Atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb.

İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları aşılamışdır. Belə vəziyyət bir neçə il davam edib. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət almışdı. Rəfael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. Y.Bəşirov onda böyük potensial və qeyri-adi döyüş taktikasının olduğunu yəqin etmişdi. Rəfaelin özü gərgin işgüzarlığı və qalibiyyət əzmi ilə seçilirdi, lakin ona beynəlxalq təcrübə lazım idi.

O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Təəssüf ki, ilk yarışlar ona uğur qazandırmamışdı, lakin artıq növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra demək olar ki, heç vaxt məğlub olmamışdır.

2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycanın Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, «Güləşmə və onun metodikası» kafedrasının nəzdində karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alaraq 2007-ci ildə oranı bitirmişdir.

Rafael Ağayev Karate üzrə 4 qat dünya, 10 qat Avropa çempionudur. Dəfələrlə beynəlxalq turnirlərdə Azərbaycanın himnini səsləndirib. O, həm peşəkar idmançı, həm də  tələbkar məşqçidir.

Rəfael Ağayevin yarışlarda qazandığı medallarla çəkdirdiyi foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

sumqayitxeber.com həmin fotonu təqdim edir

refael aqayev

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın