Menu
Geri İrəli

Teleqülləyə nəzarət gücləndirildi – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

724 saatlıq növbəli iş rejimində həyata keçirilir.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Teleqüllədə “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sisteminə nəzarəti gücləndirib.

“Teleradio”dan Oxu.Az-a verilən məlumata əsasən, bu məqsədlə artıq yeni monitorinq sistemi quraşdırılıb, istismara verilib.

Bununla da Bakı Teleqüllə Kompleksinin istənilən nöqtəsində baş verəcək yanğın hadisəsini gözlə təyin etmək və qarşısını dərhal almaq mümkün olacaq. Sistemə nəzarət “Teleradio” İB-nin işçiləri tərəfindən 24 saatlıq növbəli iş rejimində həyata keçirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın