Fövqəladə hallar sahəsində koordinasiyanın təkmilləşdirilməsi mövzusunda “dəyirmi masa” keçirildi

1074

30 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “İcra hakimiyyəti orqanları, bələdiyyə orqanları və fövqəladə hallar komissiyası arasında fövqəladə hallar sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirib.

“Dəyirmi masa”da Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının, zavod və fabriklərin rəhbər şəxsləri, Abşeron və Xızı rayonlarının icra hakimiyyəti və bələdiyyələrinin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev şəhər və rayon İcra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə Sumqayıt Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə Regional Mərkəzin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları “Xidməti ərazidə keçirilən monitorinqlərin əsas məqsədi, təhlükə xarakterli əraziləri nəzarətdə saxlayaraq baş verə biləcək təhlükələrin vaxtında qarşısının alınmasıdır”, “Mülki müdafiənin mühafizə qurğuları”, “Yanğın təhlükəsizliyinin təmin olunması”, “Sumqayıt şəhərində baş verən yanğınların vaxtında  söndürülməsinə mane olan səbəblər və onların həlli yolları”, “Sənaye təhlükəsizliyi-iqtisadi inkişafın əsas amilidir” və “Çimərlik mövsümünə hazırlıqla əlaqədar keçirilən tədbirlər və mövcud problemlər” mövzularında məruzələr ediblər. Məruzələrdə işıq, su və elektrik şəbəkələrinin mühafizə zonalarında qeyri-qanuni aparılan tikintilərin qarşısının alınması, məhəlləətrafı və məhəllədaxili yolların vəziyyəti və onların saz vəziyyətdə saxlanılması, məişət tullantılarının idarə olunması, binaların lift təsərrüfatının vəziyyətinə nəzarət, çimərlik zonalarının məişət tullantılarından təmizlənməsi, tüstü bacaların mütəmadi monitorinqi və profilaktik tədbirlərin görülməsi, yanğınların baş vermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr, parklanmalara nəzarət, mülki müdafiə sahəsində problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi kimi məsələlərə toxunulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər