GƏNCLƏR 2010-CU İLƏ YEKUN VURDULAR

764

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibəti ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yaradıcı, istedadlı və fəal gənclərin iştirakı ilə 23 dekabr 2010-cu il tarixində “Park” restoranında bədii-əyləncəli tədbir təşkil edilib.

Baş İdarənin rəisi Musa Həsənov 2010-cu il ərzində gənclərlə iş sahəsi üzrə görülmüş işlərdən, gənclərin əldə etdikləri uğurlardan danışmışdır. O, tədbir iştirakçılarını 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. O, gənclərə daimi diqqət və qayğısın Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı cənav Vaqif Əliyevə dərin minnətdarlığını bildirmişdir. Sonra tədbir gənc istedadlı müğənnilərin ifalarından, əyləncəli oyunlardan və rəqslərdən ibarət bədii hissə ilə davam etmişdir. Rüstəm Sadıqzadə

Foto Məqsədindir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər