GƏNCLƏR TEATRA NIYƏ GETMİR?

1342

“Görünür biz mədəniyyətimizi və incəsənətimizi gənclərə yaxşı nümayiş etdirə bilmirik”

“Pul əksər hallarda sadəcə bəhanədir”

“Gənclərin maraqlarına uyğun tamaşalar göstərmək məqsədəuyğundur”

1968-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional teatr kollektivi – H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” tragikomediyası ilə sevindirdi. 1974-cü ildə isə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı statusu aldı.

2010-cu il Sentyabrın 15-də Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Azərbaycanda 138-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçirildi. Şəhərimizdə teatr qarşılaşdığı çətinliklərə baxmayaraq bu gün də fəaliyyət göstərir. Çox təəssüflər olsun ki, bu gün teatra gələn tamaşaçıların sayı olduqca aşağı səviyyədədir. Göstərilən tamaşalarda gənclərin də iştirakçılığı aşağı olduğu üçün sorğu keçirmək qərarına gəldik. Gənclər teatra getməmələrini, teatr haqqında bilgilərini və eləcə də gəncləri teatra cəlb etmək üçün hansı addımlar atılmalı olduğunu qəzetimizə şərh etdilər.

Ülkər Əsədova:

Şəhərimizdə yalnız Ərəblinski adına dram teatrı əməli iş görür. Lakin onların da fəaliyyəti qənaətbəxş deyil. Məncə, gənclərin teatra getməməsinin başlıca səbəblərindən biri məhz bu teatrların gənclərdə maraq oyatmaq üçün heç nə etməməsidir. İkinci ən vacib səbəb isə gənclərimizin dünyagörüşünün dar olmasıdır. Belə mədəni məkanlar getdikcə onları daha az maraqlandırır. Gənclərin olduğu məkanlarda müxtəlif səpkili reklam kompaniyaları həyata keçirmək lazımdır. Xüsusilə də tədris müəssisələrində bu təbliğat daha effektiv olar.

Elgün Xəlilov:

Mən düşünürəm ki, gənclərdə bu vərdişi formalaşdırmaq lazımdır. Bu gün teatra getmək ənənəsi unudulub. Bəzi oğlan tələbələr dərsdən sonra evə, sonra da çayxanalara tələsirlər. Digərləri isə yalnız dərs oxumaqla işini bitmiş hesab edir və bunun dünya görüşünün və mənəvi zənginliyinin artırılmasında  yeganə yol olduğunu fikirləşir. Tələbələrin çoxu tələbə həyatını, istirahətlərini yığışıb gəzməyə getməklə ölçür.  Gənclərin teatra getməməsinin səbəbini bu sahədə keyfiyyətin aşağı olmasında axtarmaq düzgün deyil. Çünki tələb olmasa təklif də olmayacaq. Bu gün teatrın hələ də fəaliyyət göstərməsi  orda işləyənlərin bu işi sevdiklərindən irəli gəlir.

Elmir Ağayev:

Mənim fikrimcə, informasiya texnologiyalarının inkişafı gənclərin teatra getməsinin qarşısını alıb. Əsas səbəb kimi isə mən iş rejimini göstərə bilərəm. Çünki əhalinin çoxu istirahətsiz çalışır. Mənim xəbərim var və tez-tez tamaşalarda oluram. Sadəcə istedadlı aktiyorlar cəlb etmək lazımdır. Sumqayıt teatrına tamaşalar üçün tanınmış aktyorlar cəlb etmək lazımdır. Məktəblərdə təbliğat aparmaq və pulsuz bir neçə tamaşa hazırlamaq lazımdır.

Aygün Əhədzadə:

Şəhərimizdə fəaliyyət göstərən teatrdan xəbərim var və çalışıram ki, tamaşalara baxım. Ancaq ümumiyyətlə götürdükdə teatra gələnlərin sayı çox aşağıdır. Görünür, biz mədəniyyətimizi və incəsənətimizi gənclərə yaxşı nümayiş etdirə bilmirik. Bəlkə də bu hazırlanan tamaşaların gənclərin maraqları ilə üst-üstə düşməməsi ilə bağlıdır. Maraqlı və rəngarəng tamaşalar göstərilsə, yaxşı olardı.

Elvin Rizvanlı:

Teatr gənclərin nə istədiyini bilmir. Gənclərin zövqünə uyğun tamaşalar hazırlanmalıdır, müasir dövrümüzdən bəhs edən tamaşalar . Düşünürəm ki, həm də teatrın reklamı çox zəifdir. Əgər reklam olsa gənclər az da olsa gedərlər. Bildiyimə görə bilet qiyməti elə də baha deyil. Şəxsən mənim məlumatım yoxdur. Olsa gedərəm. Əgər həftə ərzində oynanılacaq tamaşa haqqında insanlara vaxtında məlumat verilsə yaxşı olar. Gəncləri teatra cəlb etmək üçün isə teatr həftəsi keçirilsə, gənclər təmənnasız teatra onlar getdikcə teatra öyrəşəcəklər.

Sevinc Qasımova:

Müasir gənclər internetdə istədiyi məlumatı götürməyi, yaxud da istədiyi filmə baxmağı daha maraqlı hesdab edir nəinki teatra getməyi. Bununla yanaşı mənə elə gəlir ki, gəncləri teatra cəlb edəcək motivasiya yoxdur. Biz tələbə yoldaşlarımızla məsləhətləşirik ki, teatra gedək. Ancaq heç vaxt alınmır. Tələbələr maddi problemləri əsas gətirərək teatra getməkdən boyun qaçırırlar. Fikrimcə, pul əksər hallarda sadəcə bəhanədir. Bir gündə 5 manat xərcləyən teatra bilet almaq üçün 2 manat da tapar. Yetər ki, maraq və istək olsun.

İlahə Manafova

Mən şəxsən teatra baxmağı xoşlamıram. Gəncləri teatra cəlb etmək üçün onların maraqlarını ön plana çəkmək lazımdır. Yəni müasir dövrümüzü, gənclərin maraqlarına uyğun tamaşalar göstərmək məqsədə uyğundur. Teatrlarda olan sünilik aradan qalxsa, yaxşı olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Lale
    Mart 7, 2011 - 11:43

    GENCLER TEATRA NIYE GETMIR??—- GORESEN BU SUALI BEZI GENCLER OZLERINE VERIRLERMI ? MENCE MUASIR DOVR GENCLERI DUSHUNURLER KI TEATR SADE BIR SHEYDIR AMMA DUSHUNMURLER KI ISTER INDI ISTER GELECEK DOVR UCUN TEATR VE TAMASHALAR GENCLERIN TERBIYEVI VETENPERVER RUHDA BOYUMESINE BOYUK KOMEK OLUR.AMMA BIZIM GENCLERI HARDASA QINAYA DA BILMIREM CUN KI SUMQAYITDA SADECE EREBLINSKI ADINA OLAN MEKAN NORMALDIR O DAKI TAM RAHAT SHERAITDE DEYIL MENE ELE GELIR KI GENCLER OZ ASUDE VAXTLARINI HEFTE SONLARINI BOSH BOSHUNA GEZMEKDENSE TEATRA GETMEKLE SEMERELI KECIRE BILERLER

  • Vusal Memmedov
    Mart 8, 2011 - 00:25

    Oten bazar gunu Sumqayit Dram Teatrinda “Varli qadin” tamashasi planlashdirilmishdi – saat 18.00-da – men ora catanda butun aktyorlar teatr binasinin qapsi onunde, “chemodan” ehvali-ruhiyyesinde idiler – sorushdum ki, bes tamasha – dediler ki, hec kim gelmediyinden texire salindi…

  • orxan
    Oktyabr 9, 2011 - 23:39

    BILIRSINIZ GENCLER TEATRA NIYE GETMIR?!
    1) ORTA YAXUD ALI MEKTEBLERIN VE YA QEYRI TEHSIL OCAQLARININ HEC BIRINDE TEATR TEBLIG OLUNMUR. BELE KI, GENCLERIN COXU HEC TEATRLARIN ADINI DA BILMIR QALDI KI, REPETUARI IZLEYIB TAMASAYA GEDE.
    2) TEATRLARIN COXUNDA ISTENILEN TAMASANIN REJISSORU DA, MUELLIFI DE, AKTYORU DA 30-40 YASLI PESEKAR INSANLAR, EMEKDAR YAXUD XALQ ARTISTLERIDIR. GENCLERE TAMASALAR HEVALE OLUNMUR, ROL VERILMIR, ITEDADLI GENCLERIN OZ BACARIGINI GOSTERMESI UCUN HEC BIR SERAIT YARADILMIR.
    3) TEHSIL MUESSISELERININ HEC BIRINDE (MEDENIYYETLE ELAQELI ORTA VE ALI IXTISAS MEKTEBLERI ISTISNADIR) NITQ MEDENIYYETI, SEHNE DANISIGI, AKTYOR SENETI, NEZERI TEATR SENETI VE SAIRE BU KIMI FENLERIN HEC BIRI TEDRIS OLUNMUR.
    HACAN BU PROBLEMLER ARADAN QALDIRILAR, ONDA GUCLU AKTYORUMUZDA OLAR, COXLU TAMASACIMIZ DA! BU QEDER!

orxan üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər