Gənc mütəxəssislər «Azərikimya» İB-nin müəssisələrində yay təcrübəsi keçirlər

855

Respublikamızın ali məktəblərində neft-kimya ixtisasları üzrə təhsil alan gənclərin, həm­çi­nin xarici ölkələrin ali texniki məktəblərinin Azərbaycandan olan tə­lə­bələrinin bir qru­pu ilk dəfə olaraq «Azə­rikimya» İstehsalat Birliyinin müəssisələrində yay təcrübəsi keç­məyə başla­mışlar.

Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə gələcəyin neft-kimya mütəxəssis­lə­ri­nin təcrübi biliklərinin artırılması, onlarda neft-kimya sənayesinin mürəkkəb isteh­sa­latını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən «Yay təcrübəsi proqra­mı»­na uyğun olaraq artıq bir ne­çə müddətdir ki onların bir qrupu ali məktəb audito­riya­larında əldə etdikləri elmi bilikləri istehsalatda tətbiq etməklə əyaniliyə nail olmaq  imka­nı qazanmışlar.

Azər­baycan Memarlıq və İnşaat Mühəndisləri,  Türkiyənin Orta Doğu Texniki Univer­si­tetlərinin və M.Lomonosov adına Moskva Dövlət Univer­siteti Bakı filialının bir qrup tə­lə­bə və məzunu «Azərikimya»da keçdikləri yay istehsalat təcrübəsinin ilk günlərindən eti­barən kimyaçı və sənaye inşaatçısı ixtisaslarını təsadüfi seçmədiklərini  sübut etməyə ça­lışırlar.

Onların hər biri qısa müddət ərzində təhkim olunduqları təcrübəli istehsalat rəhbərlə­rinin səyi ilə öz nəzəri biliklərini istehsalatın sınağından çıxararaq, sabahın mütəxəssis­lə­ri kimi təcrübi bilik və vərdişlərə yi­yələnir, nəzəri əsaslarını öyrəndikləri texnoloji pro­ses­ləri prak­tikada real olaraq izləməklə onların mükəmməl və keyfiyyətlə aparılması üsullarını öyrənirlər.

Yay istehsalat təcrübəsi keçən gənc mütəxəssislər «Azərikimya» İB-nin müəssisə­lə­rin­­də onların hər birinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, yaxşı təcrübə qazanma­ları üçün səylərini əsirgəməyən kimyaçılar kollektivindən razılıqlarını bildirirlər. Gənclər onu da eti­raf edirlər ki, Dövlət Neft Şirkətinin onlar üçün yaratdığı yay təcrübəsi  imkanı öz mahiyyəti ilə hər biri üçün ikiqat-üçqat sərfəli və faydalıdır. Belə ki, onlar bugünlərdə  bilavasitə istehsalatda çalı­şaraq, kifayət qədər təcrübə əldə etməklə yanaşı həm də müvəqqəti mü­qa­vilə əsasında işlədiklərinin müqabilində münasib maaşla təmin olunur­lar. Ən başlı­cası isə – onların hər biri artıq bu gündən etibarən özləri üçün gələcək iş yerlərini və çalı­şacaqları kollektivləri müəyyən edə bilmişlər ki, bu da onların gənc bir mütəxəssis kimi gələcək əmək fəaliyyətində mühüm bir başlanğıc olaraq, xüsusi rol oy­nayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər