Gəncə şəhər polis rəisinin vəzifədən azad edilməsi ilə bağlı rəsmi açıqlama

723
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.Az-a açıqlamasında faktı təsdiqlədi.O, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayev tutduğu vəzifədən azad edilməsi üçün  Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini bildirdi:
“Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.  Onun vəzifəsini harada davam etdirəcəyi bəlli deyil. R.Musayev  Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb. Ona uyğun iş olduqda işlə təmin ediləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər