Gəncədə şəhid Natiq Əliyevlə vida mərasimi başlayıb FOTO

810

Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib. Hazırda şəhid Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid N.Əiliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!https://apa.az/storage/news/2021/november/17/resize/6194deac2fe836194deac2fe8416371462846194deac2fe7f6194deac2fe81.JPG

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər