General Hikmət Həsənova görə cinayət işi AÇILDI

718

Birinci Ordu Korpusunun sabiq komandanı, general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətininin bununla bağlı yaydığı məlumatda bildirilib ki, cinayət işinin istintaqını Hərbi Prokurorluq aparır:

“General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır”. Modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər