Gənlər evinin könüllüləri ilə görüş keçirilib

1022

08 aprel 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və Sumqayıt Gənclər evinin təşkilatçılığı ilə könüllülərlə görüş keçirilmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək gəncləri salamlamış və onlara dövlət gənclər siyasətindən, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan, eləcə də Sumqayıt şəhərində yaradılan şəraitdən danışmışdır. E.Hümbətov həmçinin çıxışında bu il Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsində olduğunu gənclərin diqqətinə çatdırmışdır.
Daha sonra şəhərin 70 illik yubileyi ilə bağlı gənclərlə müzakirələr aparılmış, onların fikir və təklifləri dinlənilmişdir.
Görüş zamanı gəncləri maraqlandıran suallar da cavablandırılmışdır.
Sonda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov gənclərə öz tövsiyyələrini bildirmiş, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər