Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi – VİDEO

1434

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, yarışın altıncı günündə dörd çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi bir dəqiqəyə məğlub edib. 1/8 finalda o, çinli idmançı ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarı Slavik Qaltsyandan güclü olub – 3:1.

Dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. O, 1/4 finalda da qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər