Hacı Zeynalabdin qəsəbəsində hesabat yığıncağı keçirilib- FOTOLAR

1061

2019-ci ildə görülən işlərin yekunları və 2020-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyeva, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vurğulanıb ki, şəhərdə həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində Hacı Zeynalabdin qəsəbəsi də inkişaf edir, aparıcı sahələrdə müsbət irəliləyişlərə nail olunur.

Əhaliyə kommunal xidmətlərin göstərilməsinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim gündəlik diqqət mərkəzindədir. Hesabat dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərinin göstərilməsinin daha da yaxşılaşdırılması üçün payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər