Hacı Zeynalabdin qəsəbəsində Novruz şənliyi – FOTOLAR

1365

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Sumqayıt şəhərində böyük təntənə ilə qeyd edilir.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində milli mənəvi dəyərləri və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirilib. Şəhər rəhbərliyi tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıblar.
Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları göz oxşayıb.
Qəsəbənin ümumtəhsil müəssisələrinin kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər