Menu
Geri İrəli

​Bakıda kişi həyat yoldaşını öldürərək həyətdə basdırıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur

basdirmaq torpaqBakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın