Menu
Geri İrəli

14 yaşlı məktəblini maşın vurdu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

eL7ax6A4

 

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonun Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini, 2001-ci il təvəllüdlü Mürsəl Məmmədov hazırlıqdan qayıdan zaman yolu keçmək istəyərkən Şəmkir rayon Dəllər qəsəbə sakini, Arzu Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın