Menu
Geri İrəli

15 ölü, ölkə yas içində, telekanallarda çal-çağır… – FOTOFAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 647 dəfə • Şərh yoxdur
10983269_933625733327255_8994000212425156481_oBakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Son dəqiqəyə olan xəbərlərə görə, ölənlərin sayı 15 nəfərə çatıb. Yaralı sayı isə 55-i keçib. Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Çünki ölkədə fəaliyyət göstərən telekanallarda rəsmən çal-çağırdır. 
Musavat.com saat 14.30 radələrində milli kanallarda kiçicik bir monitorinq keçirdi.
Azərbaycan Televiziyası Səhmdar Cəmiyyətinin (AzTV) efirində sağlamlıq verilişi yayımlanırdı. Lider TV-də də “Sağlam Fəsil” adlı veriliş nümayiş etdirilirdi.
Xəzər TV, Space TV ekranlarında isə çal-çağır əhvalı vardı. Birincidə müğənnilər yenə xalqa ağıl verməklə məşğul idilər. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayırdı. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev danışırdı, yaradıcılığından, planlarından, səhnə macəralarından. Həm də canlı-canlı…
Əslində isə indi bütün telekanallar yayımı yarıda kəsib, hadisə yerindən canlı yayım verməliydilər. Müxbirlər,  operatorlar baş verən insan faciəsini hər yöndən işıqlandırıb tamaşaçılara çatdırmağa məcbur idilər. Xəbərçilik, televizyonçuluq missiyası bunu tələb edir. Buna gücləri çatmırsa (!) belə, heç olmasa efirdəki çal-çağırı, qol götürüb oynamanı dayandırmaq, yayın axınını dəyişdirmək olardı. Nə çox arxivdə sənədli film, bədii veriliş…
Sevinc  
Facebook Şərhləndirmə:

Şərhinizi yazın