Menu
Geri İrəli

Sumqayıt şəhər sakini həbs olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2012 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

 

Bakı şəhər sakinindən onun barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul almış şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 16-da Bakı şəhər sakini Cəlil Əlizadə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək 2011-ci ilin noyabr və cari ilin fevral aylarında, Sumqayıt şəhər sakini Mais Məhərrəmov və Bakı şəhər sakini Pərviz Əhmədov barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan 5800 manat və 6400 avro pul almalarını bildirib. Görülmüş tədbirlər nəticəsində mayın 16-da M.Məhərrəmov və P.Əhmədov eyni üsulla C.Əlizadədən 300 manat pul alarkən saxlanılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın