Menu
Geri İrəli

18 yaşlı oğru tutuldu- Sumqayıtda+Video

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2015 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur

93369Sumqayıt sakini Nərminə Xamıyeva şəhər polis idarəsinə ərizə ilə müraciət edərək, evindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə şikayət edib.

“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, zərərçəkən ərizəsində bildirib ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər onun mənzilinə daxil olaraq 2230 manat miqdarında qızıl-zinət əşyalarını və 1100 manat nəğd pulunu oğurlayıblar. 18 yaşlı Teymur Şiraslan oğlu Həmzəyevi polislər evinə gələrək həbs ediblər.

Teymur Həmzəyev əldə etdiyi qızılları dəyər-dəyməzinə satsa da, oğurluq mallar müsadirə olunub. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın