Menu
Geri İrəli

20-dən çox şadlıq sarayında nöqsanlar aşkarlandı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

Shadliq-sarayi-esas

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir il ərzində 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib.

 

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “APA-Economics”ə bildirib ki, aparılan yoxlama zamanı 43 təsərrüfat subyektində standartlara uyğun olmayan məhsullar aşkar edilib.

 

F. Talıblı bildirib ki, ölkədə fəaliyyət göstərən 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub: “Aparılan dövlət nəzarəti tədbirləri zamanı məlum olub ki, bu şadlıq saraylarının bir çoxunda dövlət standartlarının tələbləri pozulub. Bəzi şadlıq saraylarında hazırlanan yeməklərdə və salatlarda bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar aşkarlanıb. Bəzilərinin müvafiq normativ sənədləri qüvvədə olan sanitar-epidemioloji qaydaların tələblərinə cavab vermir. Bəzilərinin isə masa düzülüşünün və səs akustikasının standartlara uyğun olmadığı məlum olub. Bütün bu nöqsanlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb və bunların aradan qaldırılması tələb edilib. Bunlardan bir çoxu müəyyən edilmiş nöqsanları aradan qaldırıb və bu gün də fəaliyyətini davam etdirir”.

 

Komitə sözçüsü həmçinin əlavə edib ki, bu müddət ərzində dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onun sözlərinə görə, onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın