Menu
Geri İrəli

3 uşaq atası öldürüldü – Lənkəranda

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

bicaqqq

Lənkəranda qətl hadisəsi törədilib.

Hadisə rayonun Girdəni kəndində, axşam saat 21:00 radələrində baş verib.

Girdəni kənd sakini, 1973-cü il təvəllüdlü Əsgərov Zahir Fərman oğlu şəxsi münasibətlər zəmnində tanışı və həmkəndlisi, 1975-ci il təvəllüdlü Abdullayev Müşfiq Məzahir oğlunu bıçaqla döş qəfəsindən vurub.

Müşfiq Abdullayev hadisə yerindəcə keçinib. Mərhumun meyiti daxili və xarici müayinə edilməkdən ötrü məhkəmə tibbi ekzpertiza və pataloji anatomiya birliyinin Lənkəran zona şöbəsinə təhvil verilib. Mərhumun 3 uşaq atası olduğu bildirilir.

Lənkəran rayon polis şöbəsindən verilən məlumata görə, qətli törətməkdə təqsirli bilinən Zahir Əsgərov hələ ki, saxlanılmayıb. Z.Əsgərov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir.

Faktı Lənkəran Rayon Prakurorluğu araşdırır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın