Menu
Geri İrəli

6 günlük körpəni nənəsi öldürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2017 • Baxış sayı: 879 dəfə • 1 şərh

korpe3Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.

sumqayitxeber.com xəbər verir ki, “Report”un Cənub bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, körpənin nənəsi Valiyə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

V.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətə səbəb kimi ailənin ikinci övladının da qız olmasını göstərib.

V.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi  məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Facebook Şərhləndirmə:

“6 günlük körpəni nənəsi öldürüb” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Elə nənəni (hiss olunur ki, ağbirçək nənələrdən deyil, yəqin cavan, “müasir” – 45-48 yaşlı nənələrdəndir) həbs etmək yox, tikə-tikə doğrayıb itlərə atmaq lazımdır.

Şərhinizi yazın