Menu
Geri İrəli

7 aylıq körpənin faciəli ölümü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

pochemu-poteyut-nogi-u-rebenka

Zaqatalada 7 aylıq uşaq məsuliyyətsizlik nəticəsində həyatını itirib.

Qımır kənd sakini 7 aylıq Ruqiyyə Məmmədova nar dənəsi yemək istəyərkən, dənə onun boğazında qalıb.

Nəfəs alması çətinləşən körpəni ailə üzvləri dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan isə Ruqiyyənin valideynlərinə onu Şəki Mərkəzi Rayon Xəstəxanasına aparmağı məsləhət görüblər. Çarəsiz qalan ailə körpəni xəstəxanaya aparmaq əvəzinə Vaqif adlı həkimin yanına aparıblar.

Vaqif həkim isə uşağın vəziyyətinin ağır olduğunu görüb 7 aylıq Ruqiyyəni paytaxta aparmağı məsləhər görüb. Hər yerdən əli üzülən ailə uşağı Bakıya gətirmək üçün yola çıxsa da, körpə yolda dünyasını dəyişib.

Ailə artıq Ruqiyyə Məmmədovanı evinə gətirərək yaşadığı Qımır kəndində dəfn edib.

Faktla bağlı araşdırmalara başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın