Menu
Geri İrəli

70 yaşlı kişini oğlu baltalayaraq öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 483 dəfə • Şərh yoxdur
Share Button

balta3Şamaxıda ailədaxili cinayət baş verib.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb. Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib.

Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.

Hadisə ilə əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın