Menu
Geri İrəli

8-ci kilometr bazarının qarşısında HƏYƏCANLI ANLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2015 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur

1a25fd4682364e59c8a46566855f9989Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışır

Bakının Nizami rayonu ərazisində bir nəfər binanın sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir. Lent.az-ın məlumatına görə, 8-ci kilometr bazarının yaxınlığında 35-40 yaşlı kişi ticarət mərkəzinin sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir.

Hadisə şahidləri bildiriblər ki, əraziyə xeyli insan və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışır.

Bildirilir ki, intihar etmək istəyən şəxs ilkin olaraq deyib ki, qardaşı həbsxanadadır və həyatdan bezib.

Foto bizimyol.info saytından götürülüb.

***

Musavat.com-un məlumatına görə isə, olduqca həyəcanlı olan kişi banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu deyib. Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.
Kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib. FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın