Menu
Geri İrəli

Ağsuda Sumqayıt sakininin avtomobili yanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2017 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

vaz-yanginAğsu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nüydü kəndi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Qədirli Asif Arif oğlu idarə etdiyi 06-BA-595 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərriki yanmağa başlayıb. Alov qısa müddətdə avtomobilin hər tərəfini əhatə edib. Sürücü avtomobili vaxtında tərk etdiyi üçün xəsarət almayıb.

Hadisə yerinə FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Məlumata görə sürücü Asif Qədirli Sumqayıtdan Ağsu rayonuna qonaq gəlibmiş və geri qayıdarkən hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın