Menu
Geri İrəli

“Aktyor Nuriyyə Əhmədovanın paltarlarını evindən oğurlayıb” – Bacısı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

1396693143_nuriyye-ehmedova-2

“Aktyor Elşad Yusifov mərhum sənətkar Nuriyyə Əhmədovanın paltarlarını evindən oğurlayıb”.

Bunu aznews.az-a xalq artistinin bacısı Maya Həsənova deyib.

O, bildirib ki, E.Yusifov dünən mərhumun kirayə qaldığı mənzilə gedib və onun bahalı paltarlarını yığışdırıb aparıb:

“Kirayə ev tutmuşduq. Elşad bu ailəyə ağır günündə pislik etdi. Gedib həmin kirayə evə, paltarları aparıb. Hara aparıb bilmirik, qırğın gedir bu evdə. Nuriyyənin evini yıxan elə Elşad olub. Nuriyyə ona inanıb, ona çox köməkliklər edib, qabağa çəkib”.

O, bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcək: “Mən yasdayam. Nuriyyənin hüzrünə Elşad hörmətsizlik edir. Faiqi (Nuriyyə Əhmədovanın nəvəsi – red.) pis yola çəkir. Faiqi də götürüb özü ilə aparıb, uşaq evə gəlmir. Saxlayacaqdım da. Mənə kimsə ağalıq etməsin, onu prokurorluğa verəcəyəm. Elşad bu ailəyə zülm etdi, vicdansız. Mən sənə icazə vermirəm ki, bu ailəyə ağalıq edəsən, çıx get. O, Faiqə siqaret çəkməyi də öyrətdi. Maşını sənədsiz verib ki, sürsün. Elşad Faiqdən istifadə edir”.

Aktyor Elşad Yusifov isə açıqlamasında M.Həsənovanın ittihamlarını belə cavablandırıb:

“Ev sahibi dedi ki, qalmırsınızsa evi boşaldın, başqasına verəcəyəm. Mənzili boşaltmaq lazımdır. Faiq Nuriyyə xanımın keçmiş həyat yoldaşı Xanlar dayının yanında qalır. Nuriyyə xanımın paltarlarını çölə atmayacaqdıq ki. Biz də Faiqlə birlikdə Nuriyyə xanımın qaldığı evə gedik və paltarları götürdük. Paltarları heç kəs qəbul etmir.

Atmamışıq, əgər paltarları istəyirsə, gedib oradan götürüb aparıb ona verərik. Faiqin özünü çölə atıblar, o, hansı xalalıqdan danışır? Ona ayıb olsun, o özünü itirib. Mən onun özünü məhkəməyə verib, cərimə etdirəcəyəm”.

Qeyd edək ki, Xalq artisti Nuriyyə Əhmədovanın bacısı Maya Həsənovanın ittiham etdiyi Elşad Yusifov “Lider” telekanalında “Zarafatsız” tok-şousunun aparıcısı olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın