Menu
Geri İrəli

Ana qəbirdə, ata arvad yanında, oğul morqda…

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2014 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur

282178Bir həftə idi polis Bakı şəhərindəki meşəlikdə ürəyi parçalanaraq öldürülən gəncin kim olduğunu araşdırırdı. Nəhayət, dünən Sabunçu rayonu ərazisindəki meşəlikdə öldürülən gəncin şəxsiyyəti məlum oldu.

Bir həftə morqda qalan sahibsiz meyit 20 yaşlı Salyan sakini Nurlan Xudiyevə məxsusdur. Sabunçu rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, N.Xudiyev təxminən 6 ay əvvəl hərbi xidmətini başa vurub və iş axtarmaq məqsədi ilə paytaxta üz tutub. Elə o vaxtdan Bakının parklarında gecələməli olub.

Əsasən, metronun “Nərimanov” stansiyası yaxınlığındakı parkda oturacaqlarda yatırmış. Anası bir müddət əvvəl rəhmətə gedən N.Xudiyevin atası iki övladını Salyanda tək qoyaraq Bakıda başqa qadınla evlənib. Elə o vaxtdan uşaqlar valideynsiz qalıblar.
İylun 11-də N.Xudiyevi meşəlikdə öldürsələr də, onu axtarıb-arayan olmayıb. Mərhumun cəsədi morqda qalıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın