Menu
Geri İrəli

Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü – BİR AİLƏNİN DƏHŞƏTLİ TALEYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 1,885 dəfə • Şərh yoxdur

0dd72bad858cd7287acb87ffab0d7510Ötən gecə Hacıqabul rayonunda baş vermiş və ana ilə 2 oğlunun ölümü ilə nəticələnən dəhşətli qəza barədə bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən “Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub.

Belə ki, Bakıdakı çörəkbişirmə sexində işləyən qardaşlar doğulub böyüdükləri Ucarın Müsüslü kəndinə gedərək anaları 51 yaşlı Abdullayeva Gülzar Knyaz qızını paytaxta həkimə gətirmək istəyiblər. Gecə saatlarında Müsüslüdən yola çıxan ailə Hacıqabul ərazisində qəzaya düşüb və 23 yaşlı Amil Abdullayevin sürdüyü maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Ana və iki oğlu hadisə yerində keçinib. 28 yaşlı Samir Abdullayevin 6 yaşlı oğlu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, uşağın vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dəhşətli qəzada ölən qardaşların hər ikisi ailəli olub. Onların ikisinin də bir övladı varmış. Sükan arxasında olan Amil Abdullayev keçən il ailə həyatı qurubmuş.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın