Menu
Geri İrəli

Arvadı doğuşda öldü, özü isə qəzada…- Dəhşətli ailə faciəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2015 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

258815

Bir neçə gün əvvəl Gəncə-Şəmkir yolunda Şəmkir rayon polis postunun yaxınlığında baş verən qəzada dünyasını dəyişən Elşad Balacayevin faciəvi həyatı yenidən sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

 

 

Elşad Balacayev iki il öncə həyat yoldaşını və yeni doğulacaq körpəsini itirdiyinə görə mətbuatın gündəminə gəlmişdi.

 

Belə ki, 2013-cü ilin sentyabrında onun hamilə həyat yoldaşı Fərqanə Balacayeva və anadan olmasını gözlədikləri oğlu Gəncədə doğuş zamanı vəfat etmişdi.

 

Xanımını itirəndən sonra ata 3 azyaşlı qızına tək baxırdı. Qeyd edək ki, böyük qızının 6, əkizlərin isə 4 yaşı var. Həm anasız, həm də atasız qalan uşaqlara hazırda bibisi baxır.

 

Yaxınlarının verdiyi məlumata görə, Elşad qəzaya yeni aldığı “Mercedes” markalı maşını ilə düşüb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın