Menu
Geri İrəli

Arvadı ilə cinsi əlaqədə olan gəncə cinayət işi açıldı – AZƏRBAYCANDA

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 816 dəfə • Şərh yoxdur

mehbus-hebsxanaArvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşayan 1991-ci il təvəllüdlü Mikayıl Ağayev (ad, soyad şərtidir) yetkinlik yaşına çatmayan həyat yoldaşının öz razılığı ilə həmin kənddə onunla təbii yolla cinsi əlaqədə olub. Sonradan M.Ağayev həyat yoldaşı 1999-cu il təvəllüdlü Aynur Quliyeva (ad, soyad şərtidir) ilə onun yaşadığı Buzovna qəsəbəsindəki evdə bir neçə dəfə cinsi əlaqədə olublar.

M.Ağayev ilk dəfə həyat yoldaşı ilə cinsi əlaqədə olduğu zaman qızın 14 yaşı olub. CM-nin 152-ci maddəsi 16 yaşdan aşağı şəxslərlə cinsi əlaqədə olmağı qadağan edir. Qaydanı pozanları isə 3 ilə qədər həbs gözləyir. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanıb. İş Xəzər RPİ-yə göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın