Menu
Geri İrəli

Arvadını döydüyünə görə axtarışda olan Sumqayıt sakini həbs edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

sumqait sakiniSumqayıt polisi məhkəmə qərarı ilə axtarışda olan şəhər sakini 46 yaşlı Cabbarov Akif İnqilab oğlunu saxlayıb. APA TV-nin məlumatına görə, o , keçmiş həyat yoldaşına zor tətbiq etdiyinə və 6 aydan çox aliment pulu ödəmədiyinə görə axtarışa verilib. Akif Cabbarov 2005-ci ildə həyat yoldaşından ayrılsa da, mənzili bölə bilmədiklərinə görə bir evdə yaşayıblar. Özünün sözlərinə görə, evdəki münasibət qaynana ilə gəlin arasında münaqişə nəticəsində pozulub. Sonuncu dəfə həyat yoldaşı anasına kobud sözlər dediyinə görə onu döyüb.

“İstəmədən, bilmədən bu hadisəni törətdim. Çox peşmanam”.

Polisdən verilən məlumata görə, Akif Cabbarov istintaqdan yayınıb gizləndiyinə görə həbs edilib. İçki alüdəçisi olan bu şəxs hadisə baş verən gün həyat yoldaşına hər hansı bir kəsici alətlə deyil, əli ilə xəsarət yetirdiyini bildirib.
“Heç nə, əlimlə vurdum, yıxıldı yerə. Başı divara dəydi. Bıçaqla vurmamışam”.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq araşdırmaları davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın