Menu
Geri İrəli

Arvadını güllələyən Saray sakininin məhkəməsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2014 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

mehkeme123esasBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Tahirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə, hal şahidləri ifadə veriblər.

Təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il aprelin 17-də Saray qəsəbəsi Sevil Qazıyeva küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Malik oğlu Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Məhbubə Ramiz qızı Tahirzadəni gülləyib. M. Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məhbubə Tahirzədənin həyatını xilas etmək mümkün olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın