Menu
Geri İrəli

Arvadını və onun bacısı qızını vəhşicəsinə öldürən şəxsin kimliyi bilindi – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2017 • Baxış sayı: 1,441 dəfə • Şərh yoxdur

zorakiliqAbşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

**
06:29

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın