Menu
Geri İrəli

Arvadını xüsusi amansızlıqla qətlə yetirən sumqayıtlı 13 il müddətinə azadlıqdan məhrum edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2013 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Sumqayıt şəhər sakini Elman Hüseynovun cinayəti üzrə məhkəmə başa çatıb.

sumqayitxeber.com saytı teleqraf.com-a istinadən xəbər verir ki, bu il aprelin 17-də Sumqayıt şəhərində yaşayan Elman Hüseynov qısqanclıq zəminində arvadı Tamellanı bıçaqla qətlə yetirib. Sumqayıt şəhər 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Hüseynov tutulub.
Məlum olub ki, Elman Hüseynov həyat yoldaşı Tamellanın başqa-başqa kişilərlə əyləndiyini eşidib. O, yayılan söz-söhbətlərə son qoymaq üçün onu izləməyə başlayıb. Bir neçə gün arvadını izləyən Elman Hüseynov deyilənlərin həqiqət olduğunu görüb. Dəfələrlə Elman Hüseynov arvadını bu yoldan çəkindirməyə çağırsa da, ərinin sözlərinə əhəmiyyət verməyib. O, hadisə baş verən günü həyat yoldaşı ilə yenə də mübahisə etməyə başlayıb. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Məhkəmənin hökmü ilə Elman Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı
Facebook Şərhləndirmə:

Şərhinizi yazın