Menu
Geri İrəli

Arvadının başını kəsən ər saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur
Share Button

publika.az1402986403images

İyunun 13-də Gədəbəy rayonunda işlədiyi gözəllik salonunda Fəxriyyə Aslanovanın başını kəsərək qətlə yetirən Elçin Qasımov saxlanılıb.

 

 

 

Gədəbəy rayon prokurorluğunun müstəntiqi Emin Abbasovun Publika.az-a verdiyi məlumata görə, E.Qasımov Daskəsən rayonunda Quşçu kəndində yaxalanıb.

 

E.Abbasov bildirib ki, tərəflər 2013-cü ildə ayrılıblar. Hadisə günü  E.Qasımov F. Aslanovanın işlədiyi  yerə gəlib barışmaq istədiyini bildirib. Lakin F. Aslanova razılaşmadığına görə aralarında münaqişə yaranıb və nəticədə hadisə baş verib.

 

Daha sonra o, Dakəsən rayonunda Quşçu kəndində gizlənib. Dayısının polisə verdiyi məlumata əsasən, E.Qasımov ötən gün 17:00 radələrində yaxalanıb.

 

Müstəntiqin sözlərinə  görə, artıq hadisə ilə bağlı qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

 

Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

 

Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir azyaşlı övladı var.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın