Menu
Geri İrəli

Ata körpə qızını niyə öldürdü? – İNANILMAZ SƏBƏB

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 533 dəfə • Şərh yoxdur

0cdce5c6eedba02db10c0ad4f96ae9e5

Qəbələ rayonunda baş vermiş dəhətli qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Kürd kəndinin sakini 1968-ci il təvəllüdlü Gündüz Ələsgərov 2012-ci ilin may ayında dünyaya gəlmiş qızı Mədinəni ona bənzəmədiyinə görə öldürüb. Belə ki, hadisədən əvvəl G.Ələsgərov həyat yoldaşı ilə mübahisə edib. O, böyük qızının ona bənzədiyini, lakin daha sonra dünyaya gələn Mədinənin atasına oxşamadığını bildirib. Qadınla dalaşan 46 yaşlı kişi onu evdən qovub və daha sonra köməksiz vəziyyətdə olan körpəni boğaraq öldürüb. Hadisə vaxtı G.Ələsgərovun 3 yaşlı digər qızı evdə olub.

 

Bildirilir ki, G.Ələsgərov həyat yoldaşını döyüb və evdən çıxararkən uşaqları özü ilə götürməsinə imkan verməyib. O, hadisə vaxtı sərxoş olmayıb.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

*****

 

 

12:53

 

 

Azərbaycanda dəhşətli qətl törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 3-də Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı Mədinəni balışla boğaraq öldürüb.

 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G. Ələsgərov tutulub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın