Menu
Geri İrəli

Atasına hirslənib özünü bıçaqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

bicaq

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Asif  Məhərrəmov 30 ünvanında yaşayan 25 yaşlı Süleymanov Rəvan Nuşirəvan oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralıda bir bıçaq xəsarəti aşkarlayıblar. Yaralı ilkin ifadəsində yıxıldığını və bu zaman cibindəki bıçaqla xəsarət aldığını deyib.

Hadisə barədə ərazi üzrə 19-cu polis bölməsinə məlumat verilib. Hazırda polis Rəvan Süleymanovun ifadəsinin düzgünlüyünü yoxlayır. İlkin araşdırma zamanı məlum olub ki, hadisədən əvvəl Rəvanın atası ilə mübahisəsi düşüb. O, atasından sürmək üçün avtomobili istəyib, lakin yox cavabı alıb. İlkin ehtimala görə bu mübahisədən sonrada Rəvan Süleymanov özünə bıçaqla xəsarət yetirib.

Növbəti bıçaqlanma hadisəsi isə Xəzər rayonunda baş verib. Paytaxt sakini 37 yaşlı Şirməmməd Qafarovun Zirə qəsəbəsi Ağamalı küçəsi 64-də tanımadığı şəxslə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs Şirməmməd Qafarova bıçaqla xəsarətlər yetirib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Araşdırmalar zamanı Şirməmməd Qafarovun əvvələr məhkumluq həyatı yaşadığı məlum olub.

Hazırda Xəzər polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışalrını davam etdirir. Hər iki fakt istintaq yolu ilə araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın