Menu
Geri İrəli

Azərbaycan ərazisində 6 bal gücündə zəlzələ olub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 570 dəfə • Şərh yoxdur
Share Button

zelzeleAzərbaycan ərazisində zəlzələ baş verib.

APA-nın xəbərinə görə, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə – Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.

10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisindəı zəlzələ qeydə alınıb.

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın