Menu
Geri İrəli

Azərbaycanda bakirə qızı zorlayan qonşu: “Allah şeytana lənət eləsin”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 1,047 dəfə • Şərh yoxdur

1343817658_zorlamaÖtən ay Ağcabədi rayonunda bakirə qızı zorlayıblar. Ağcabədi rayon Prokurorluğunun böyük müstəntiqi Şahin Şükürovun ANS PRESS-ə verdiyi məlumata görə, mart ayının 27-də 38 yaşlı L.M. polis şöbəsinə şikayət edərək, qonşusu 1988-ci il təvəllüdlü Ramiq Nahid oğlu Rüstəmov tərəfindnə zorlanıb.

Hadisə 26 mart tarixində baş verib. Həmin gün qonşuluqda bir nəfər əsgərlikdən gəldiyi üçün qonaqlıq təşkil olunubmuş. Qonaqlıqdan qayıdan zaman Ramiq Rüstəmov qonşusunu evə yola salmağı təklif edib. Qız da qonşusunun təklifini qəbul edib. Onlar qızın evinə yaxınlaşan zaman, Ramiq Rüstəmov L.M.-ya hücum edib. Onu zorlayan qonşu sonradan qaçıb.

Müayinə zamanı L.M.-nın ayaqlarının cızıldığı, dodaqlarının partladığı və s. fiziki xəsarətləri də müəyyən olub. Məlum olub ki, qonşusu tərəfindən zorlanan qız bakirə olub. Ramiq Rüstəmov isə evli olub və iki uşaq atasıdır. Qızı zorlayan zaman Ramiq Rüstəmovun sərxoş olduğu da məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.1 maddəsilə cinayət içi başlanıb, istintaq gedir. Bakirə qızı zorlayan Ramiq Rüstəmov saxlanılıb. Məhkəmə istintaq müddətində onun barəsində 3 aylıq həbs qərarı çıxarıb.

İstintaqa verdiyi ifadədə Ramiq Rüstəmov həqiqətən də, həmin gecə L.M ilə cinsi əlaqədə olduğunu bildirib. Lakin o, deyib ki, qızı zorlamayıb.

“Allah şeytana lənət eləsin. Həmin gecə sərxoşdum. Mənə yaxınlaşdı. Ehtirasım qalxdı. Onu zorlamamışam. Öz xoşu ilə cinsi əlaqədə olmuşam. Peşmanam”, – deyə Ramiq Rüstəmov bildirib.

Lakin hüquq-mühafizə orqanları ifadənin inandırıcı olmadığını güman edir. İstintaq zamanı həqiqət ortaya çıxacaq. Zorlanan qızın qohumları isə ifadələrində hələ də hadisəyə inana bilmədiklərini deyiblər. Çünki onlar Ramiq Rüstəmovu tərbiyəli və yaxşı insan kimi tanıyırmışlar.

Faktla bağlı araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın