Menu
Geri İrəli

Azərbaycanda daha bir DƏHŞƏT: qardaş bacısının başını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2016 • Baxış sayı: 889 dəfə • Şərh yoxdur

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib.

Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın