Menu
Geri İrəli

Azərbaycanda daha bir məmur həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2015 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur
Share Button

turmede-qiyam

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Etibarlı mənbədən Trend-ə verilən məlumatda bildirilir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında isə bildirib ki, Optik Qurğular İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində deyil, ümumiyyətlə nazirliyin Namazəli Məmmədov adlı işçisi yoxdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın