Menu
Geri İrəli

Azərbaycanda DƏHŞƏT: həkim xəstənin sağlam ayağını kəsdi – NAZİRLİK İŞƏ QARIŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 4,077 dəfə • Şərh yoxdur
Share Button

hekim2Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

anspress-in məlumatına görə, bu barədə xəstənin yaxınları xəbər verib.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar”.

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, – deyə mərkəzin baş həkiminin katibəsi bildirib.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən xüsusi Komissiya yaradılıb, araşdırma aparılır. Həmçinin hüquq-mühafizə orqanları da bu işə cəlb olunub. Hər iki tərəfin apardığı araşdırmalardan sonra nəticə ictimaiyyətə açıqlanacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın