Menu
Geri İrəli

Azərbaycanda dəhşətli AİLƏ DRAMI: Anası ilə atasını doğradı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2014 • Baxış sayı: 488 dəfə • Şərh yoxdur

tecili yardim-021Hadisə bu gün baş verib

Tərtər rayonunda dəhşətli hadisə baş verib.Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir.

Hadisəni törədən oğul tutulub. Onun ana-atasını hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.

Digər məlumata görə, hadisəni törədən A.Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın