Menu
Geri İrəli

Azərbaycanda dəhşətli qətl: arvadını yaba ilə deşik-deşik etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 May 2015 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

2c0783bf829e222363d6f1357a419ae4Hadisənin səbəbi araşdırılır

Bu gün Kürdəmir rayonunda dəhşətli qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Muğanlı kəndində 1973-cü il təvəllüdlü Qasımov Vəfa Rəhman oğlu həyat yoldaşı, 1975-ciildə anadan olmuş Qasımova Raifə Bəylər qızını yaba ilə qətlə yetirib.

42 yaşlı kişi kəndin yaxınlığındakı torpaq sahəsində arvadına yaba ilə çoxsaylı zərbələr endirib. Başından və bədəninin digər nahiyələrindən çoxsaylı deşilmiş xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, qətli törədən şəxs tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın