Menu
Geri İrəli

Azərbaycanda dəhşətli qəza – Ata və oğul yanaraq öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

publika.az1407777425YANAN-MASIN

Bakı-Şamaxı-Yevlax magistral yolunda avtomobil qəzası baş verib.

Saat 19:30 radələrində magistral yolunun keçən hissəsində baş verən hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Bakıdan Yevlax istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik maşının sürücüsü idarə etməni itirib və yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın baş verib. Yanğın nəticəsində sürücü və sərnişinlərdən biri yanaraq dünyasını dəyişib, digər sərnişin isə ərtafdakıların koməyi ilə yanğından xilas olunub.

Dərhal hadisə yerindən Ağsu və Göyçaydan yanğınsöndürənlər cəlb olunub. Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilməyib.

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Qəzada ölənlərin kimliyi məlum olub.

APA xəbər verir ki, Qazax rayonu Daşsalahlı kənd sakini Vaqif İsmayılovun idarə etdiyi 90-BV-449 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Vaqif İsmayılov və oğlu Məhəmməd İsmayılov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Sürücünün digər oğlu İsmayıl İsmayılov isə ağır xəsarətlərlə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın