Menu
Geri İrəli

Azərbaycanda dəhşətli qəzadan görüntülər: yaralılar var

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 12 Dekabr 2014 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Qəza nəticəsində sürücü və onun sərnişini ağır yaralanıblar

78840

Bu gün səhər saatlarında Xaçmaz şəhərində ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev prospektində minik maşını ağaca çırpılıb.

Belə ki, 1988-ci il təvəllüdlü İntizam Bahadur oğlu Mütəllimovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və onun sərnişini 1983-cü il təvəllüdlü Anar Cəlil oğlu Allahverdiyev ağır yaralanıblar.

Hər iki yaralı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın