Menu
Geri İrəli

Azərbaycanda məktəbli maşınla müəlliminin üstündən keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2014 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

Xestexanaya-dushenMəktəbli oğlan atasının maşınının qaçırıbmış

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Ləkçiplaq kənd 1 saylı orta məktəbin qarşısında baş verib.

Məktəbin 10-cu sinif şagirdi, Yalman kənd sakini Əzizov Ağa Usub oğlu atasına məxsus “VAZ-2104” markalı minik maşınını evdən xəbərsiz qaçıraraq yolda qəza törədib. Şagird yolu keçən piyadanı – Ləkçıplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Ömərov Məhəmməd Habil oğlunu vurub. Hadisə şahidlərinin sözlərinə görə, maşın piyadanın üstündən keçib. Müəllim ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın