Menu
Geri İrəli

Azərbaycanda məmurun bacısını bıçaqladılar

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2014 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

1

Faktla bağlı araşdırma aparılır.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdirinin bacısı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Bu barədə Axar.az bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər.

 

Belə ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.

 

Mənbə qeyd edir ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının durumunun stabilləşdiyi qeyd edilir.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Qeyd edək ki, T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın